Polisləri təhqir edən gəncin saçını kim qırxıb? - DİN-dən AÇIQLAMA

Cəmiyyət
15:05 / 18.01.2023
12768
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Sfera.az-ın sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".