"Qərbin istənilən təklifini nəzərdən keçirəcəyik" - Lavrovdan kritik AÇIQLAMA

“İndi Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

O, bu barədə “Rossiya 24” telekanalında canlı yayımlanan mətbuat konfransında danışıb.

 

“Zelenski absurd sülh təşəbbüsləri, hər şeyin üst-üstə yığıldığı bir plan irəli sürür. Rusiya isə danışıqlar üçün Qərbin istənilən ciddi təklifini nəzərdən keçirməyə hazırdır”, - Lavrov vurğulayıb.

 

Onun sözlərinə görə, bu mövzuda hələlik etibarlı təkliflər daxil olmayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR