Sürücülərin NƏZƏRİNƏ!: İcbari sığorta ilə bağlı YENİLİK

Sürücülərin NƏZƏRİNƏ!: İcbari sığorta ilə bağlı YENİLİK

Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılıb.

 

ASA-dan Sfera.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.

 

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinliklə üzləşmədən sığortalana biləcək.

 

Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi, sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb.


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi...

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...

Arzu Əliyeva uşaqları ziyarət etdi - VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...