Dünyada ən çox tankı olan ölkələr - Siyahıda Azərbaycan da var

Dünyada ən çox tankı olan ölkələr - Siyahıda Azərbaycan da var

Azərbaycan dünyada ən çox tankı olan ölkələrdən biridir.

 

Sfera.az xəbər verir ki, Qlobal Atəş Gücü (Global Firepower), “Oryx”, Ukraynanın Yeni Səsi (New Voice of Ukraine) təşkilatlarının materialları əsasında hazırlanan reytinqə əsasən, ən çox tankı olan 30 ölkə arasında Azərbaycan 25-ci yerdə qərarlaşıb.

 

Əhalinin sayına nisbətdə isə Azərbaycan tank gücünə görə dünyada ilk beşlikdədir.

 

Reytinqlə bağlı visualcapitalist.com saytında yerləşdirilən qrafikə əsasən ən çox tank Rusiyadadır. Rusiyanın 12 566 ədəd tankı var. Tank sayına görə növbəti 4 yeri Şimali Koreya (6 645 ədəd), ABŞ (5 500 ədəd), Çin (4 950 ədəd) və Misir (4 664 ədəd) tutur.

 

Qonşumuz İranın 4 071 ədəd, Türkiyənin 2 229 ədəd tankı var. Azərbaycanın sahib olduğu tankların sayı isə 920 ədəddir.

 

Bu siyahıda Eramənistanın və onun əsas müttəfiqlərindən olan Fransanın adı yoxdur.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...

Arzu Əliyeva uşaqları ziyarət etdi - VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...

Pensiya alanların nəzərinə! - Pullar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu...