Məşhur müğənninin əri həbsxanada öldü - FOTO

Məşhur müğənninin əri həbsxanada öldü - FOTO

Məşhur türkiyəli müğənni Elif Karlının iş adamı olan həyat yoldaşı Cengiz Karlı həbsxanada vəfat edib.

 

Sfera.az xəbər verir ki, 6 aydır həbsdə olan Cengiz Karlı ürəktutma nəticəsində 57 yaşında dünyasını dəyişib.

 

Bu gün səhər saatlarında hadisədən xəbərdar olan Elif Karlı həyat yoldaşının xəstə olduğunu bildirib: “İki gün əvvəl çox ağır qrip keçirdi. Biz də pnevmoniyadan şübhələnirdik. Dünən həftəlik zəngetmə günü idi, o bizə zəng etməyəndə təşvişə düşdüm. Səhər saat 04:00 radələrində həbsxanadan mənə zəng gəldi. Əvvəlcə Cengizin xəstə olduğunu, infarkt keçirdiyini, daha sonra isə dünyasını dəyişdiyini dedilər. Sonuncu dəfə keçən çərşənbə axşamı səsini eşitmişdim. Yanvarın 6-sı görüşdük, ad günü idi. Səsini axırıncı dəfə eşidəndə çox yaxşı idi. Yoldaşımın ürəyi xəstə idi”.

 

Qeyd edək ki, 90-cı illərə mahnıları ilə iz qoyan Elif Karlının həyat yoldaşı Cengiz Karlı "Sarallar" cinayətkar dəstəsinin üzvü olduğu üçün həbs edilib. Onlar 30 ildir ki, evli idilər. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.

 




Qafqazinfo


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...

Arzu Əliyeva uşaqları ziyarət etdi - VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...

Pensiya alanların nəzərinə! - Pullar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu...