Daha bir hamilə qadın öldü

Daha bir hamilə qadın öldü

Tərtərdə hamilə qadın qəfil ölüb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hüsənli kəndində yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə Türkanə Əsədovanın evdə halı qəfil pisləşib və o, mətbəxdə vəfat edib.

 

Bildirilib ki, T.Əsədova yeni ailə həyatı qurubmuş və epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. O, dünən mətbəxə çay gətirməyə gedib və ailə üzvləri Türkanənin qayıtmamasını görüncə onun ardınca mətbəxə daxil olublar. Bu zaman T.Əsədovanın mətbəxdə olarkən epileptik tutma nəticəsində artıq vəfat etməsi məlum olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xatırladaq ki, yanvarın 15-də Göyçayın Çərəkə kəndində də 8 aylıq hamilə qadın qəfil vəfat edib. İlkin məlumata görə, o, evin həyətində yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...