İnstaqram istifadəçisinin fırıldaqçı ilə gülməli dialoqu - FOTOLAR

İnstaqram istifadəçisinin fırıldaqçı ilə gülməli dialoqu - FOTOLAR

Son illərdə yüksələn sosial media fırıldaqları qarşısında bir çox istifadəçi “mən bu qədər pul qazanmışam, siz də qazanın” sözləri ilə aldanaraq pullarını itirirlər. Bunu yaşamasaq da, izlədiyimiz insanların hesablarının oğurlandığı və İnstaqram hekayələrində bu cümlələrin yer aldığı çoxlu paylaşımlar görmüşük. Bir dostunun hesabının oğurlandığını görən Türkiyəli Fuat Tuncer adlı istifadəçi fırıldaqçı ilə əlaqə saxlayıb və bəzi suallar verib. Yazışma paylaşıldıqdan sonra Fuat Tuncer fenomenə çevrilib, minlərlə istifadəçi bu gülməli skrinşotları paylaşıb.  

 

Sfera.az olaraq bu dialoqu sizinlə də bölüşmək istədik.

 

Öncəliklə bildirmək istərdik ki, rəqəmsal dünyanın verdiyi imkanlari ilə fırıldaqçılıq hadisələri əhəmiyyətli dərəcədə artıb. Ev reklamları, telefonlar və sosial media hesablarımız vasitəsilə fırıldaqçıların tələsinə asanlıqla düşə bilərik.

 

Xüsusilə son vaxtlar bir çox insan İnstaqramda yeni və şübhə altına alınması olduqca çətin olan fırıldaqçılıq sistemi ilə şəbəkəyə düşür.

 

Hesabınızı saniyələr içində ələ keçirən fırıldaqçılar dostlarınıza mesaj göndərərək, paylaşdıqları bank qəbzinin təsviri və inandırma üsulu ilə pullarını asanlıqla cibinə qoya bilirlər. “Mən bu qədər pul qazandım, siz də qazana bilərsiniz” sözləri ilə insanları qanayan yaralarından uğurla vura bilirlər.

 

Bir də heç bir halda heç kimlə kartınıza gələn təsdiq kodunu paylaşmayın. Satış səhifələrində “mən Rusiyadayam, “mən Salyandayam”, “kuryer göndərim götürsün” tipli mesajlardan isə ümumiyyətlə, uzaq qaçın. 

 

Qeyd etdiyimiz kimi, Fuat Tüncer bu fırıldaqçılarla maraqlanıb və hesabı oğurlanan izləyicisini görəndə fırıldaqçı ilə əlaqə saxlamaq qərarına gəlib. Daha sonra fırıldaqçı Tuncerin suallarını belə cavablandırıb:

 

Fuat Tuncer əvvəllər də bir çox fırıldaqçılarla əlaqə saxlasa da, hamısı onu bloklayıb. Nəhayət, bu “dost” razılaşıb.

 

6 trilyon? Bir az ağ olub, deyəsən

 

Maşallah deyək, amma eyni zamanda qarğış da edirik təbii ki.

 

“Bir kəklik gedər, min kəklik gələr” deyiminə də aludə olub. Deyəsən, bu sözdən motivasiya alıb...

 

Ehtiyatlı olun əziz oxuyucular... Belə şeylərə aldanmayın! Heç kim asanlıqla pul qazanmır. Hesablarınızı hərtərəfli qoruyun.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...