Bakıda xaski itləri gəzdirən şəxs həbs edildi

Bakıda xaski itləri gəzdirən şəxs həbs edildi

Bakıda 14 yanvar 2023-cü il tarixdə saat 15:20 radələrində Keşlə qəsəbəsi, Yenikənd küçəsində haski cinsindən olan itlər gəzdirən şəxs həbs edilib. 

 

Sfera.az-ın məlumatına görə, İntiqam Cavadov (soyad şərti) küçədə itləri ağızlığı olmadan gəzdirdiyi üçün polis ona irad bildirib. O, isə itlərin onun olmadığını deyib. Bundan sonra polis həmin itlərin sahibinin kim olduğunu araşdırmaq və uşaqlara hücum edəcəyini düşündüyü üçün geri qayıdan zaman İntiqamın itin birinin boğazına kəmər bağlayaraq tutduğunu görüb. Polis növbəti dəfə itin ona məxsus olmadığını xatırlatdıqda, İntiqam səs tonunu yüksəldərək “Dedim axı mənim deyil” ifadəsini işlədib. 

 

Polis tərəfindən itlərin sahibinin müəyyən edilməsi üçün İntiqamı bölməyə dəvət edib. Sonuncu isə bundan imtina edib və aralarında mübahisə yaranıb. 

 

Polis raportun məzmununa uyğun izahat verərək bildirib ki, İntiqam onun ailəsinə, körpə qızına qarşı nalayiq ifadələr işlədib. Həmin şəxs saxlanılaraq polis bölməsinə və oradan da məhkəməyə aparılıb. 

 

İntiqam məhkəmə izahatında deyib ki, dövlət işçisidir və itlərin sahibi deyil. İtlərin polislərə hücum çəkəcəyini düşündüyü üçün onların birini tutub saxlayıb. 

 

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs olunub. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...