Şahzadə Anna Yunan kralının dəfn mərasimində iştirak etdi - FOTO

Şahzadə Anna Yunan kralının dəfn mərasimində iştirak etdi - FOTO

Afinada keçən həftə 82 yaşında insultdan dünyasını dəyişən sonuncu Yunan kralı II Konstantinlə vida mərasimi keçirilib. Kral Avropanın əksər kral və kraliçaları ilə qohum olub. Onun dəfn mərasiminə bir çox kral ailəsi üzvləri qatılıb.


Sfera.az bildirir ki, Böyük Britaniyanı mərhum Kraliça Elizabetin qızı Şahzadə Anna təmsil edib.
 

Kral Konstantin Edinburq hersoqunun qardaşı oğlu idi. Yunanıstanın sonuncu kralının cənazəsi ailəsinin dəfn olunduğu Tatoi Sarayına aparılıb.
 

Yunan kralının ikinci əmisi qızı Şahzadə Anna dəfn mərasiminə həyat yoldaşı, vitse-admiral ser Timoti Lourenslə birlikdə gəlib. Onları Yunanıstanın vəliəhdi Pavlos qarşılayıb.


Əvvəllər bildirilirdi ki, mərhum kral şahzadə Uilyamsın xaç atası olduğundan, o da Keyt Middltonla Yunanıstana gələ bilər, lakin görünür, şahzadə Britaniyada qalıb.
 

Mərasimdə İspaniya Kralı Filip həyat yoldaşı Kraliça Letisiya, həmçinin anası və atası, keçmiş İspan kralı Xuan Karlos və Kraliça Sofiya da iştirak ediblər.
 

Monako Şahzadəsi Albert, İsveç Kralı XVI Karl və Kraliça Silvia, Danimarka Kraliçası II Marqret və Danimarka Vəliəhdi Frederik, Hollandiya Kralı Villem-Aleksandr və Kraliça Maksima, Belçika Kraliçası Mathilde və Kral Filip və bir çox başqaları da vida mərasimində iştirak ediblər.


Bugünkü yas mərasimlərində Avropa kral ailəsi və yunan iş adamları da daxil olmaqla ümumilikdə 200 qonaq iştirak edib.
 

Kralın vətəndaşlarla münasibətinin kifayət qədər gərgin olmasına baxmayaraq, bir çox sıravi vətəndaşlar da Kral Konstantinlə vidalaşmaq üçün toplaşıblar. Dəfn olunduğu Tatoi Sarayına gedən vida korteji 29 kilometrə qədər uzanıb.
 

Kral Çarlzın ikinci əmisi oğlu və Şahzadə Uilyamın xaç atası olan II Konstantin 1974-cü ildə Yunanıstanda monarxiyanı rədd edən referendumdan sonra həyatının çox hissəsini sürgündə keçirib. Kral Konstantin cəmi üç il taxtda qalıb, 1967-ci ildə dövlət çevrilişi nəticəsində devrilmişdir. Referendum kralın yenidən taxta çıxmasına da kömək etməyib.


O, həyat yoldaşı, Danimarka kralı IX Frederikin kiçik qızı şahzadə Anna-Mariya ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalıb.
 

Daha sonra o, Danimarka pasportu ilə Roma və Londonda yaşayıb, Yunanıstana qayıda bilməyib. 1981-ci ildə ona anası Kraliça Frederikanı Afinadan 20 kilometr şimalda yerləşən Tatoi ailə malikanəsində dəfn etmək üçün yalnız bir neçə saat geri qayıtmağa icazə verilib.
 

1990-cı illərdə Konstantin Yunanıstan vətəndaşlığından məhrum edilib. Dövlər Tatoi və Britaniya şahzadəsi Filipin doğulduğu Korfu adasındakı sarayı müsadirə edib.
 

O, qocalanda vətənə qayıda və itirilmiş mal-dövlətinin bir hissəsini geri qaytara bildi. Ölümündən sonra şahzadə Pavlos Yunanıstan kralı, amerikalı sahibkar Millerin milyard dollarlıq sərvətinin varisi- həyat yoldaşı Mari-Şantal isə kraliça oldu.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR