"Azərbaycan bütün dünyaya dini tolerantlıq nümunəsidir" - Yəhudi ravvin

Ötən günlərdə Azərbaycan “Dağ Yəhudiləri İcması”nın ruhani lideri, ravvin Pesax Mirov “Palm Beach Gardens”in "Cümə gecəsi canlı" adlı Xabadının qonağı olub.


Sfera.az xəbər verir ki, cənab Mirov müsahibəsində yəhudiliyin Azərbaycanda inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb. 

 

“Dağ Yəhudiləri İcması"

 

Benjamin, Bakıda anadan olub, “Qafqaz dağ yəhudi icması”nın üzvüdür. 26 il əvvəl Mayami bölgəsinə köçüb. Ravvin Mirovla müsahibənin tərcüməçisidir)


  (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və “Florida Dağ Yəhudiləri İcması”nın üzvü Emanuel S. Benjamin)

 

“Mən Lubavitçer Ravvinliyinin emissarıyam. Ravvinlik bir yana, mən həm də şəhərin şoşetiyəm. Şoşet peşəsinə yiyələnmək üçün Moskvada xüsusi Yeşivada təhsil almışam. Daha sonra İsraildə ravvinlik təhsilini davam etdirmişəm. Sinaqoqda olduğum müddətdə Xabadın Azərbaycanda genişləndiyini müşahidə etdim. Ölkədə hal-hazırda yeddi Xabad ravvin ailəsi var ki, həmin ailələrdən beşi Bakıda yaşayır.

 

Ümumiyyətlə, Azərbaycanda mövcud olan təxminən 30.000 yəhudinin əksəriyyəti Bakıda yaşayır. 30.000 nəfərin üçdə biri ana və ya ana nənəsi tərəfdən yəhudidir, lakin fərqli həyat tərzinə malik olduqları üçün bəziləri özlərini yəhudi hesab etmirlər. Digər üçdə bir kəsim isə yəhudi olduqlarını bilirlər, lakin cəmiyyətdə o qədər də aktiv deyillər. Yerdə qalan üçdə biri isə cəmiyyətdə fəal iştirak edir. 

 

Şosetlər adətən quzu və inək kimi iri heyvanlar üzərində dini ayinlər icra edirlər. Bakıda digər qrup şoşetlər var ki, onlar yalnız toyuq kimi kiçik heyvanları kəsirlər.


Mənim sinaqoqum şəhərin əsas sinaqoqlarından biridir. İnsanlar hər gün minyan və kaddiş üçün buraya gəlirlər. Şabbat günlərində 50-yə yaxın ibadətçimiz olur. Bayramlarda sinaqoqda 100-dən çox insan iştirak edir. Xüsusi günlər üçün Moskvadan və dünyanın digər yerlərindən gələn insanlarla birlikdə 200-ə qədər insan iştirak edir.

 

Ravvin Mirov Azərbaycanda bütün dinlərə qarşı tolerantlıq olduğunu bildirib:

 


“Azərbaycanda antisemitizm mövcud deyil. Bakıda olduğum müddətdən bəri əldə edilən nailiyyətlər arasında məktəblərin açılışı da var. 2010-cu ildə “Xabad Or Avner" təhsil mərkəzinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev özü şəxsən iştirak edib, qırmızı lenti kəsmişdir. Məktəb binasının tikildiyi torpaq sahəsi hökumət tərəfindən bağışlanıb. Ən yeni, müasir üslubda təhciz olunmuş mərkəzə sinif otaqları, yəhudi mədəniyyət mərkəzi və kitabxana daxildir.

 

 

Cənab Mirov bu məktəbin bütün Xabad ravvinləri tərəfindən yaradılmış layihə və Azərbaycanın ən yaxşı 20 məktəbindən biri olduğunu bildirib:

 

“Məktəbdə təhsil haqqı və yemək ödənişsizdir. Bu, yəhudilər üçün həm də motivasiya amilidir. Dərsdən sonra məktəbdənkənar çoxlu dərnəklər fəaliyyət göstərir.Azərbaycanda antisemitizm yoxdur. Ölkə bütün dünyaya mədəniyyətlərarası və dini tolerantlıq nümunəsidir. Ölkənin hər yerində dini azadlıq mövcuddur və sərbəst şəkildə həyata keçirilir. Azərbaycan bütün dinlərin harmonik şəkildə yaşadığı ölkədir. Hökumət müxtəlif dinlərə maliyyə yardımı edir və bu yöndə işlər görür, eləcə də yəhudi xalqı üçün. İnsanlar inancından və milli mənsubiyyətindən asılı olmayaraq bir-birlərinə qarşı mehribandırlar.Əhalinin 95%-nin müsəlman və 5%-dən azının yəhudi olduğu bir ölkədə bu, çox təqdirəlayiq haldır. Xüsusi vurğulamaq vacibdir ki, Azərbaycan ərəb ölkəsi deyil, müsəlman ölkəsidir. Fərq ondadır ki, ərəblər bir millətdir, müsəlmanlar isə dini təmsil edirlər”.


Ravvin Mirov dağ yəhudilərinin tarixi haqqında da danışıb.

 

“2500 il əvvəl yəhudi xalqının Babil bölgəsinə sürgün edildiyi zaman ilk məbədin dağıdılmasından sonra dağ yəhudiləri artıq Qafqaz regionunda yaşayırdılar. Lakin onların əksəriyyəti təxminən 2000 il əvvəl ikinci məbədin dağıdılmasından sonra həmin bölgəyə daxil olub. Bizim kökümüz Quba kimi dağlıq bölgələrdəndir. Həmişə burada yaşamışıq. Sonralar əcdadlarımız Bakı kimi şəhərlərə köçməyə başlayıblar. Şəhərimiz coğrafi mövqeyinə görə dağlıq ərazilər olmasa da, hələ də bizi dağ yəhudiləri adlandırırlar. Əsrlər boyu hamı yəhudi xalqı ilə sülh şəraitində yaşayıb. 1937-ci ildə Sovet İttifaqının göndərdiyi hökumət nümayəndələri bütün ravvinləri və yəhudi biznes sahiblərini həbs edərək onları edam edib, bir qismini isə Sibirə sürgünə göndərib. Beləliklə, yəhudi xalqı lidersiz qalıb. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini əldə etdi. Yeni ölkənin prezidenti yəhudi xalqına dostluq münasibəti göstərdiyini açıq şəkildə nümayiş etdirdi və bildirdi ki, yəhudi xalqı hər zaman onlarla birlikdə sülh şəraitində yaşayacaq. Hər il prezident yəhudi icmasının proqram və layihələri üçün maliyyə dəstəyi ayırır. 


Sonda ravvin Mirov turizm sənayesinin uğurlarını da dilə gətirib:


“Quba və Bakı il boyu turist cəlb edir. Bu iki şəhər turistlərə yüksək keyfiyyətli otellər və görməli yerlər təklif edir. Görülməli olan məşhur yerlər arasında Qubada tariximizdən bəhs edən “Dağ Yəhudiləri Muzeyi” də var. Muzey XIX əsrdən Karjoq sinaqoqunda yerləşir. Sovet işğalından sonra sinaqoq bağlanıb. 2020-ci ildə bina bərpa olunduqdan sonra yenidən muzey kimi fəaliyyətə başlayıb”.


(Rabbi Mirov heç bir şəkildə Azərbaycan Xabadını təmsil etmir. Ravvin Azərbaycan “Dağ Yəhudiləri İcması”nın aparıcı nümayəndəsi deyil, bununla yanaşı o, Azərbaycanda, Bakıdakı “Dağ Yəhudiləri Sinaqoqu”nun Ravvinidir).

 

Tərcümə: Aynil Camal


 


OXŞAR XƏBƏRLƏR