Goranboyda qumbaraatan tapıldı - FOTOLAR

13:53 / 17.01.2023
6699
Goranboyda qumbaraatan tapılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd"RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.