Azərbaycanlılar ötən il Türkiyədə nə qədər mənzil alıb? - STATİSTİKA

Azərbaycanlılar ötən il Türkiyədə nə qədər mənzil alıb? - STATİSTİKA

Azərbaycan vətəndaşlarının 2022-ci ildə Türkiyədə aldığı mənzillərin sayı açıqlanıb. 


Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2022-ci ildə alınan mənzillərin sayı 2021-ci illə müqayisədə azalıb. 2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 517 ədəd mənzil aldığı halda ötən il alınan mənzillərin sayı 1 330 ədəd olub. 


Vətəndaşlarımız ən çox mənzili aprel ayında alıb. Apreldə alınan mənzillərin sayı 156 ədəd təşkil edib.


Ümumilikdə, Türkiyədə xarici ölkə vətəndaşları 68 210 ədəd mənzil alıb ki, bu da cəmi satılan mənzillərin 4,7 faizidir. 


Daha çox mənzili Rusiya vətəndaşları alıb. Onların aldığı mənzil sayı 16 312 ədəd olub. Bu il Rusiya vətəndaşlarının mənzil alışı kəskin artıb. Əvvəlki ildə rusiyalıların aldığı mənzillərin sayı 5 379 idi. 


Ötən il rusiyalıların aldığı mənzillərin sayının kəskin artması müharibə ilə bağlıdır. Bu səbəblə əlaqədar Ukrayna vətəndaşlarının da aldığı mənzillərin sayı kəskin artıb. Əvvəlki illərdə ukraynalılar ildə bir neçə yüz mənzil aldığı halda ötən il 2 574 ədəd mənzil alıblar.  


2022-ci ildə ikinci ən çox mənzili İran vətəndaşları (8 223 ədəd), üçüncü ən çox mənzili iraqlılar (6 241 ədəd) alıb. 


Əcnəbilər ən çox mənzili İstanbul və Antalyada alır. Ötən il İstanbulda alınan mənzillərin sayı 24 953 ədəd, Antalyada alınanların sayı isə 21 860 ədəd olub. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...