Gecə saatlarında başlayan şənbə toplantısı – Arutyunyan Vardanyana qarşı, oyunu Nikol qurub

Gecə saatlarında başlayan şənbə toplantısı – Arutyunyan Vardanyana qarşı, oyunu Nikol qurub

Qarabağda separatçı rejim daxilində qarşıdurma dərinləşib.

Sfera.az bildirir ki, bu barədə  Ermənistanın “Hraparak.am” nəşri məlumat yayıb. Qeyd olunub ki, qondarma respublika parlamentinin spikeri Artur Tovmasyanın növbədənkənar seçkilərdə prezidentliyə namizəd olacağı barədə verdiyi açıqlama baş nazir Ruben Vardanyan ətrafında vəziyyəti bir qədər də gərginləşdirib.

 

Nəşrin məlumatına görə, sözügedən açıqlamaya səbəb isə Xankəndidəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyanla Qarabağa köçən erməni milyarder Ruben Vardanyan arasında yaranan ziddiyyətlər olub. 

 

“Arayik Arutyunyan Vardanyanın istefasını tələb etsə də, rədd cavabı alıb. Sonra onu istefa verəcəyi ilə hədələyib. Bunun nəticəsi isə konstitusiya böhranı olacaq, çünki hamı, ilk növbədə, Arayik Arutyunyan yaxşı bilir ki, hazırda seçim yoxdur. Azərbaycan buna mane olmaq üçün hər şey edəcək”.

 

“Hraparak.am” qeyd edib ki, erməni siyasi-ictimai dairələrində Vardanyanın istefası tələbinin Araikə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən diktə edildiyi  müzakirə edilir. Digər tərəfdən, Ruben ötən günlərdə istefaya getməyəcəyini açıqlayıb.

 

“Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm” - o, “Facebook” səhifəsində yazıb.

 

Nəşr mənbələrinə istinadən bildirib ki, keçmiş dostlar arasında (Arutyunyan-Vardanyan) əvvəl heç bir ziddiyyət olmayıb, əksinə, cütlük qarşılıqlı razılıq əsasında hərəkət edib:

 

“Arutyunyan tez-tez Vardanyanın istəklərini yerinə yetirib, ona geniş səlahiyyətlər verib”.

 

Məlumata görə, Araik Arutyunyan əvvəlcə Ruben Vardanyana təklif edib ki, hər ikisi istefa versin və yeni seçkilərə getsinlər:

 

“Ruben Vardanyan da bu təklifi qəbul edib və onu bəzi siyasi dairələrlə, xüsusən də keçmiş prezidentlər Bako Saakyan, Arkadi Qukasyanla müzakirə edib. Lakin istefaların onlar üçün son olacağını anlayıblar. Bundan sonra Vardanyanla Arutyunyan arasında münasibətlər pisləşib. Vardanyan başa düşüb ki,  Nikolun xahişi ilə dostu ondan yaxa qurtarmaq istəyir”.

 

Nəşr həmçinin, Araik Arutyunyanın son vaxtlar ağır psixoloji vəziyyətdə olduğunu, ətrafdakıların da bunu hiss etdiyini vurğulayıb.  “Göründüyü kimi, Arutyunyan istefası ilə bu vəziyyətə son qoymaq və hakimiyyəti başqalarına təhvil vermək qərarına gəlib, lakin şənbə gecəsi bir neçə saatlıq müzakirələrdən sonra əmin olub ki, bu, onların sonu olacaq. Nəticədə nə Arutyunyan, nə də Vardanyan istefa verməyib. Bir şey göz qabağındadır ki, Ruben Vardanyanın transferindən sonra bölgədə vəziyyət daha da pisləşib”.

 

“Hraparak.am”  son olaraq bildirib ki, qondarma rejim hazırda iki hissəyə bölünüb: Bir hissə Arutyunyanı, digər hissə Vardanyanı dəstəkləyir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR