Gəncə dəmir yolu vağzalından oğurluq olub

Cəmiyyət
12:02 / 17.01.2023
9844
Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.