Putini mühakimə etmək üçün xüsusi məhkəmə yaradılır – Almaniya XİN rəhbəri danışıqlara başladı

Putini mühakimə etmək üçün xüsusi məhkəmə yaradılır – Almaniya XİN rəhbəri danışıqlara başladı

Almaniya Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək təklif irəli sürüb.

 

Sfera.az bildirir ki, ölkənin xarici işlər naziri Annalena Baerbok beynəlxalq ictimaiyyətdən Putin və digər yüksək rütbəli məmurların Ukraynaya təcavüzünə görə mühakimə olunması üçün xüsusi məhkəmə yaradılmasını xahiş edib.

 

O, bu barədə Haaqa Beynəlxalq Hüquq Akademiyasında çıxışı zamanı danışıb.

 

“Putin bilməlidir ki, onun təcavüz siyasəti nəticəsiz qalmayacaq”, deyə qurum rəsmisi söyləyib.

 

Baerbok həmçinin, Kiyev administrasiyası və digər müttəfiqləri ilə sözügedən şəxslərin mühakimə olunması üçün Ukrayna cinayət qanunları əsasında fəaliyyət göstərən tribunalın yaradılması ilə bağlı danışıqlar aparıb və Haaqada hollandiyalı həmkarı Vopk Hoekstra ilə görüşüb. Hər iki nazir Rusiya tərəfindən Ukraynada ciddi hərbi cinayətlərin törədildiyini vurğulayıb. Onların sözlərinə görə, Ukraynada törədilən ən ağır hərbi cinayətlərdən biri də işğal olunmuş ərazilərdən minlərlə uşağın qaçırılaraq rus ailələrinə övladlığa verilməsidir.

 

“Bu uşaqlar ailələrindən alınır, zorla Rusiyaya aparılır və fikirləri yönləndirilir. Onlar tezliklə qayıtmalıdırlar. Bu uşaqlar ukraynalıdır və belə də qalacaqlar”, hollandiyalı nazir deyib.

 

Qərəzsizliyi təmin etmək üçün məhkəmənin Ukraynada yerləşdirilməməsinin lazım olduğunu vurğulayan Baerbok prokuror və hakimlərin müxtəlif ölkələrdən seçilməsini də təklif edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR