Çində iqtisadi böyümə sürəti azaldı - 46 ildən sonra FİASKO

Çində iqtisadi böyümə sürəti azaldı - 46 ildən sonra FİASKO

Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çində 2022-ci ildə iqtisadi böyümə 3 faiz olub. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ötən il Çində ümumi daxili məhsul (ÜDM) istehsalı 121 trilyon yuana (təxminən 18 trilyon dollar) çatıb. 


Artım sürəti Çin hökumətinin 2022-ci il üçün nəzərdə tutduğu 5,5 faizlik hədəfdən də xeyli aşağıdır. 


1976-cı ildəki daralmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlamışdı. Amma ötən il yüksək qiymətlər qlobal tələbi zəiflətdiyindən Çinin iqtisadi böyümə sürətinə mənfi təsir etdi.  


Dünyada ən böyük sənayeyə sahib olan Çində sənaye istehsalı 3,6 faiz artıb. 


Əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri ilin 12 ayında əvvəlki ilə nisbətən 5,1 faiz artıb. İnfrastruktur investisiyaları 9,4 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artdığı halda, daşınmaz əmlak investisiyaları 10 faiz azalıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR