Manat xarici valyutalara nisbətdə bahalaşdı
09:55 / 04.10.2016
1414
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 4-nə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 3-ü ilə müqayisədə 0,2% ucuzlaşaraq 1,6138 manat olub.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8166 manatdan 1,8071 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 3-ü ilə müqayisədə 0,0257 manatdan 0,0259 manata qalxıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5382 manatdan 0,5336 manatadək ucuzlaşıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0925 manatdan 2,0724 manata düşüb.