Hər şey Belarusun Ukraynada müharibəyə qoşulmasına işarə edir – Polşalı analitik

Hər şey Belarusun Ukraynada müharibəyə qoşulmasına işarə edir – Polşalı analitik

Polşalı müstəqil təhlükəsizlik analitiki Konrad Muzyka Belarus ordusunun bir qədər sirli olduğunu bildirib. O qeyd edib ki, aprel ayından Belarusun nizami qoşunları demək olar ki, dayanmadan təlim keçir və son vaxtlar ehtiyatı artırıblar.


Sfera.az “Sky News”a istinadən xəbər verir ki, Polşalı ekspert Konrad Muzyka təlimlərdə Belarus Respublikasının qoşunlarının Belarusdan hücuma hazırlaşa biləcəyini bildirib.
 

Onun sözlərinə görə, Belarus ordusu da səfərbərlik imkanlarını sınaqdan keçirib və hazırda ehtiyatda olan sistem səfərbərliyə hazırdır.


"Bizə səfərbərliyə başlamaq və müharibəyə girmək üçün sadəcə siyasi qərar lazımdır, bunun baş verib-verməyəcəyi, bilmirəm, Lukaşenkonun nə düşündüyü məlum deyil. Amma hər şey onu göstərir ki, Belarus buna baxmayaraq, gələcəkdə müharibəyə girəcək”-deyə o əlavə edib.


Ekspert qeyd edib ki, hazırda Belarus ərazisində 10-15 min rusiyalı hərbçi cəmləşib və onlar Belarus sərhədi boyunca müntəzəm təlim keçirlər.


Eyni zamanda, Belarus qüvvələrinin Ukraynadakı müharibədə hər hansı potensial iştirakı qaçılmaz adlandırıla bilməz.


"Hələ ki, bütün bu fəaliyyət hərbi təlimlərlə məhdudlaşır və istər Rusiya, istərsə də Belarus qüvvələrinin Ukrayna ilə həmsərhəd bölgələrə hərəkət etdiyinə dair heç bir əlamət yoxdur".
 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bir gündə Belarusa 12 aviasiya bölməsi yerləşdirib. Ekspertlərin fikrincə, Baranoviçi aerodromuna səkkiz qırıcı və dörd hərbi-nəqliyyat təyyarəsi enib. Bunlar ehtimal ki, çoxməqsədli təyyarələr üçün sursat daşıyıb.

 

Aynil

Açıklama yok.

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR