Yaponiya və Hindistan birgə hərbi təlimlərə başladılar - BİR İLK

Yaponiya və Hindistan birgə hərbi təlimlərə başladılar - BİR İLK

Yaponiya və Hindistan ilk dəfə hərbi təlimlərə başlayıb.


Sfera.az xəbər verir ki, hərbi hava qüvvələrinin birgə təlimləri yanvarın 26-dək davam edəcək.


Təlim yanvarın 16-da Tokionun şimal-şərqində, İbaraki prefekturasındakı Hyakuri bazası yaxınlığında başlayıb.

 

Təlimlər üçün Yaponiya tərəfi dörd F-2 qırıcı-bombardmançı və dörd F-15 qırıcısı, Hindistan tərəfi isə dörd Su-30MKI qırıcısı, həmçinin iki C-17 nəqliyyat təyyarəsi və İl-78 tankını cəlb edib.

 

Qeyd edək ki, ölkələr hələ 2019-cu ilin noyabrında birgə hərbi təlim haqqında razılığa gəliblər, lakin COVID-19 səbəbilə təxirə salınıb.


İnci


OXŞAR XƏBƏRLƏR