“Ermənistan dünyanı inandırmağa çalışır ki...” - Politoloq

“Ermənistan dünyanı inandırmağa çalışır ki...” - Politoloq

Ermənistan Gürcüstanla vətəndaşların şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər etməsinə dair razılıq imzalayıb.

Maraqlıdır, Gürcüstan-Ermənistan yaxınlaşması Azərbaycana hansısa formada təsir edə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov ermənilərin Gürcüstanda müxtəlif mərkəzlərdə sıx birləşdiyini və Azərbaycana qarşı antitəbliğat kampaniyası apardığını bildirib:

 

"Ermənistanın təcrid olunmasının əsas səbəbi yürütdüyü yarıtmaz siyasətdir. Ermənistan indi bütün cəbhələrdə özünü elə qələmə verməyə çalışır ki, güya Azərbaycanla qarşıdurmanın əsl səbəbkarı Bakıdır. Onlar indi bütün dünyada bizi işğalçı tərəf kimi təqdim etməyə çalışır. Ona görə Ermənistan dünyanı inandırmağa çalışır ki, mehriban qonşuluğa sadiqdirlər. Lakin hələ ötən əsrin 18-ci ilində müstəqilliyini elan edən gürcü xalqına ermənilər hücum etdilər. Abxaziya hadisələrində erməni batalyonu gürcü ordusuna qarşı amansızcasına vuruşdu və xeyli sayda gürcü döyüşçünü qətlə yetirdi.

 

Azərbaycan öz siyasəti ilə göstərir ki, Gürcüstanla münasibətlərdə heç bir problem yoxdur. Digər tərəfdən Gürcüstanda gürcü cildinə girmiş xeyli sayda erməni var. Onlar orada media qurumlarında, analitik mərkəzlərdə çalışırlar. Onlar açıq olmayan formada Azərbaycanın nüfuzuna xələl gətirməyə cəhd edirlər. Amma bizim orada kifayət qədər gücümüz var ki, bu cəhdlərini qarşısını alaq".

 

Müsahibimizin sözlərinə görə, Ermənistan tərəfi Gürcüstanla formal dostluq əlaqələri qurmağa çalışır:

 

"Gürcüstan və Ermənistan arasında imzalanan son sənəd isə xırda məsələdir. Ermənistan kiçik işləri böyüdərək göstərmək istəyir ki, güya bunlar sağlam cəmiyyət yaradıblar. Lakin aydın məsələdir ki, onların hələ də Gürcüstan ərazisinə, kilsəsinə iddiaları var. Onlar kiminlə münasibət qururlarsa, naxələfliklərini biruzə verirlər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR