Rusiyanın ən qəddar qatili Putinə MÜRACİƏT ETDİ

Rusiyanın ən qəddar qatili Putinə MÜRACİƏT ETDİ

Rusiyanın ən qəddar qatili kimi tanınan 58 yaşlı Mixail Pepkovun Rusiya prezidenti Vladimir Putindən istəyi gündəm olub.

Sfera.az bildirir ki, jurnalistlərə müsahibəsində “Qırmızı Ordu”da xidmət edərkən radio və elektronika sahəsində təcrübəsi olduğunu deyən Pepkov cəbhəyə getmək istədiyini açıqlayıb.

 

"Müharibəyə qatılmaqla bağlı heç bir tərəddüdüm yoxdur. On il həbsdə olsam da, tez öyrənməyin mənim üçün o qədər də çətin olacağını düşünmürəm. Ukraynada Rusiya uğrunda döyüşən muzdlu qruplaşma olan “Vaqner”ə qoşulmaq üçün can atıram”, deyə o söyləyib.

 

Cinayətkar həmçinin, Ukraynada döyüşə bilmək üçün Putindən onu azadlığa buraxmasını istəyib.

 

Qeyd edək ki, keçmiş polis zabiti Mixail Pepkov 18-50 yaş arası qurbanlarının əksəriyyətinə təcavüz edib. Ona öz qurbanlarını balta, çəkic, bıçaq və kürək vasitəsilə vəhşicəsinə öldürdüyünə görə  “Qurd adam” və “Anaqarsk manyakı” ləqəbi verilib. Pepkov 78 qadını öldürməkdə təqsirli bilinsə də, polis qatilin 200 qətl törətdiyinə inanır. Evli və bir uşaq atası olan Pepkov sözügedən qətlləri cəmiyyəti fahişələrdən qurtarmaq üçün törətdiyini deyib.

 

Xatırladaq ki, Rusiya tərəfindən Ukraynaya döyüşmək üçün göndərilən məhbuslar 6 aylıq cəbhəboyu vəzifələrini yerinə yetirdikdə azad edilirlər. Ona görə də hazırda Ukrayna cəbhələrində minlərlə məhbus qatil döyüşür. Putin müharibədən sonra sağ qalan məhbusların cinayətlərini əfv edəcəyinə söz verib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR