Mafiya lideri müalicə üçün getdiyi klinikada HƏBS OLUNDU

Mafiya lideri müalicə üçün getdiyi klinikada HƏBS OLUNDU

Avropanın uzun illərdir, axtarışda olan mafiya lideri Matteo Messina Denaro 30 ildən sonra həbs olunub.

 

Sfera.az bildirir ki, Siciliya adasında yerləşən “Cosa Nostra”nın lideri Denaro adanın paytaxtı Palermoda, özəl klinikaların birində ələ keçirilib. Məlumata görə, mafiya lideri klinikaya müalicə üçün gedibmiş.

 

Qeyd olunub ki, 60 yaşlı Messina Denaro 1993-cü ildən axtarışda olub. 50-yə yaxın qətllə əlaqəsi olduğu bildirilən mafiya lideri ömürlük həbsə məhkum edilib. Sözügedən cinayətlər arasında 1992-ci ildə mafiyaya qarşı mübarizə aparan prokurorlar Covanni Falkon və Paolo Borsellinonun da öldürülməsi yer alıb. Onun həmçinin, 1990-cı illərin əvvəllərində Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olan partlayışlarda əli olduğu iddia edilib.

 

Haqqında çəkilən sənədli filmə görə, mafiya lideri kiçik bir qəbiristanlığı dolduracaq qədər adam öldürməsi ilə fəxr edib. Mafiya başçısı uzun müddətdir ki, qaçdığı üçün indiki imici məlum olmayıb və rəqəmsal yaşlanma effekti ilə hazırlanan fotoşəkillər vasitəsilə axtarılıb.

 

İtaliyanın Baş naziri Giorgia Meloni sözügedən xəbəri dövlət üçün “böyük qələbə” adlandırıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR