"Ukraynanı yeni hücuma hazırlaşdırırıq" - ABŞ generalı

"ABŞ Ukraynanı yeni hücuma hazırlaşdırır".

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli “The Washington Post” qəzetinə müsahibəsində deyib.

 

O qeyd edib ki, Ağ Ev yeni çağırışçıları Rusiyaya qarşı hücuma hazırlamaq üçün Ukrayna ordusuna Almaniyada təlim keçmək niyyətindədir.

 

Onun sözlərinə görə, belə bir tədbir ukraynalılara hücuma keçməyə və öz ölkələrini daha yaxşı müdafiə etməyə imkan verəcək:

 

“Ukrayna ancaq itirdiyi əraziləri geri qaytarmağa çalışır. Onların təlimi beş-səkkiz həftə ərzində baş tutacaq”.  

 

General Milli eyni zamanda, poliqonu şəxsən ziyarət etmək niyyətində olduğunu bildirib.

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin 500-ə yaxın əsgərinə təlim keçiləcək.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR