"Qərb ölkələri ilə Rusiya arasında münasibətlər tənzimlənməyəcək" - NATO 

"Ukrayna müharibəsi bitdikdən sonra da Qərb ölkələri ilə Rusiya arasında münasibətlər tənzimlənməyəcək".


Sfera.az xəbər verir ki, bunu “Handelsblatt” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 

“Əvvəlki kimi olmayacaq. Ukraynada toplar sussa belə, Rusiya ilə münasibətlərimizin tənzimlənəcəyini gözləmək lazım deyil”, - o bildirib.

 

Şimali Atlantika Alyansının baş katibi onu da qeyd edib ki, Qərb eyni zamanda “böyük resurs”a malik olan Rusiyanı gözardı etməməlidir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR