“Vergi yığımları 82 faiz artıb” – Mikayıl Cabbarov

“Vergi yığımları 82 faiz artıb” – Mikayıl Cabbarov

2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb. 


Nazir qeyd edib ki, böyük artım hesabına vergi daxilolmaları 15 milyard 541 milyon 500 min manata yüksəlib. 


Bu dövr əzrində qeyri neft-qaz sektoru üzrə isə daxilolmalar 27,9 % artaraq 8 milyard 134 milyon 9 min manat təşkil edib. Ümumi vergilərin 52,3 faizi qeyri neft-qaz sektorundan daxil olub. Qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarında 28 faiz artım baş verib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR