Prezident fərman imzaladı

Prezident fərman imzaladı
Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 155-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.1.5-1-ci maddəsində "qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

2. 3.1-ci bənd ləğv edilsin.

OXŞAR XƏBƏRLƏR

Qəzada həlak olan 22 nəfərin meyiti Azərbaycana nə vaxt gətiriləcək?

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Tə...

Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı v...

Bu məşhurlar 2024-cü ili həbs və məhkəmə ilə yola verdi - SİYAHI

2024-cü il bir çox dünya ulduzları üçün böyük sınaqlar gətirdi. Bu böyük sınaqların içərisində isə həbslər xüsusi diqqət çəkib.   Sfera.az 2024-cü ildə...

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...

"Qəlpələr təyyarənin içinə daxil olmuşdu" - Qəzaya uğrayan təyyarənin bələdçisi -VİDEO

"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".   Sfera.az xəb...