“Amazon“ şirkətinin türk əməkdaşı Bakıda itkin düşdü

“Amazon“ şirkətinin türk əməkdaşı Bakıda itkin düşdü

Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.

 

Sfera.az xəbər verir ki, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb.

 

Həmin ərazidə yaşayan “Amazon” internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR