Kim Kardaşyan gözəl qızlara nifrət edir - Keçmiş yoldaşı...

Kim Kardaşyan gözəl qızlara nifrət edir - Keçmiş yoldaşı...

Ötən gün Amerikalı reper Kanye Uestin keçmiş Yeezy memarlıq dizayneri Bianca Censori ilə gizli mərasimlə evləndiyi xəbərlər yayılıb.
 

Sfera.az bildirir ki, Ye və Byanka bu yaxınlarda toy mərasimi keçiriblər, lakin nikah şəhadətnaməsini heç kim görməyib.
 

Qeyd edək ki, Kanye Kim Kardaşyanın keçmiş əridir və son zamanlar qeyri-adekvat davranışları ilə jurnalistlər tərəfindən heç çəkinilmədən, açıq-aşkar “başdanxarab” adlandırılır.
 

Əvvəllər media dəfələrlə Byankanın Kim Kardaşyana çox bənzədiyini yazmışdı. Buna görədirmi, dəqiq deyil qadın saçlarını kəsdirərək sarıya boyayıb.
 

Hələlik cütlüklərdən heç biri evlilik şayiələrinə münasibət bildirməyib.
 

Xatırladaq ki, bu yaxınlarda reper antisemit bəyanatları ilə də biabır olmuş və sərvətinin böyük hissəsini itirmişdi. Demək olar ki, repperin son zamanlar günü ancaq təzminat ödəməklə keçir. Kanye Uestin yəhudilər və Putin haqqında təxribat xarakterli açıqlamalarından sonra sənətçinin reputasiyası ciddi dəyişikliklərə məruz qalıb. Hətta onun ən yaxın dostları belə West ilə əməkdaşlıqdan imtina ediblər - Balenciaga brendi, Vogue və s.
 

Kim Kardaşyan isə keçmiş əri Kanye Uestin gizli toyuna reaksiya verib.
 

Məşhura yaxın olan mənbələrin bildirdiyinə görə, qalmaqallı reperin keçmiş sevgilisi yeni sevgilisi Bianca Censoriyə nifrət edir. Biznes ledi heç bir səbəb olmadan uzun müddətdir ki, qıza xor baxır.


Qeyd edək ki, dünya KİV-ində Kim gözəl qızları sevməməsi ilə tanınır. Kanye Uestin yeni sevgilisinin isə çox gözəl olduğu məlum olub.
 

Kim Kardaşyandan boşandıqdan sonra Kanye Uest rus model İrina Şeyk, amerikalı podium ulduzu Vinetria və aktrisa Culiya Foks da daxil olmaqla bir sıra romanlara imza atıb. Ancaq qalmaqallı musiqiçinin heç bir münasibəti uzun sürməyib. Bu yaxınlarda isə 24 yaşlı sevgilisi, braziliyalı model, antisemitizm ifadələrinə görə onu tərk edib.


Reperlə Sensorinin toyuna gəlincə, onların gizli mərasim keçirərək üzük taxıblar. Ancaq rəsmi olaraq nigaha imza atmayıblar. Yeni cütlük ailə vəziyyətləri ilə bağlı hələlik açıqlama verməyiblər.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR