50 Cent Mayk Taysonun 52 otaqlı malikanəsini aldığına peşman oldu

50 Cent Mayk Taysonun 52 otaqlı malikanəsini aldığına peşman oldu

50 Cent kimi tanınan amerikalı reper Curtis James Jackson verdiyi müsahibədə 2003-cü ildə boks əfsanəsi Mayk Taysonun Konnektikutda dəbdəbəli 52 otaqlı malikanəsini aldığına görə peşman olduğunu bildirib. Onun sözlərinə görə, bu alış onun böyük səhvi olub.
 

4645 kvadratmetrlik evdə 21 yataq otağı, 25 vanna otağı, qapalı hovuz, isti vanna, yaşıl ekran otağı, qapalı həyət, çoxsaylı oyun otaqları, səsyazma studiyası və hətta gecə klubu olub.


Sfera.az bildirir ki, mülk 50 sentə 4,1 milyon dollara başa gəlib. Repper “Roc The Mic Tour”da 38 milyon dollar qazandıqdan sonra belə bir addım atıb. O, etiraf edib ki, pulu itirməmək üçün yatırım etmək lazımdır.


Əmlakın illik saxlanması 70 min dollar tələb edib və reper ondan qurtulmaq qərarına gəlib.


Kertis ilk olaraq 2007-ci ildə evi 18,5 milyon dollara satışa qoyub və alıcı tapmaq üçün illər sərf edib. Nəhayət, 2019-cu ildə onu 2,9 milyon dollara böyük endirimlə sata bilib və pulun hamısını xeyriyyə təşkilatı “G-Unit” Fonduna bağışlayıb.
 

Xatırladaq ki, 50 Cent bu yaxınlarda sosial şəbəkələrdə açıq-saçıq fotolarına görə Madonnanı ələ salıb. Repper, daha əvvəl Madonnadan üzr istəməsinə baxmayaraq, ardıcıl ikinci dəfə bunu edib. İnstagram səhifəsində “sizə demişdim də, Nənənin əsəbləri gərgindir” yazmışdı. O, həmçinin Madonnanı humanoid adlandırıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...