“Mən Ukraynanın tərəfində döyüşərdim” deyən aktyoru Ədliyyə Nazirliyi xarici agent kimi tanıdı

“Mən Ukraynanın tərəfində döyüşərdim” deyən aktyoru Ədliyyə Nazirliyi xarici agent kimi tanıdı

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi aktyor Artur Smolyaninov və musiqi tənqidçisi Artemi Troitskini “xarici agent” elan edib.
 

Sfera.az bildirir ki, bu barədə agentliyin saytında bildirilir.
 

Siyahıya həmçinin Rusiya müxalifətinin lideri Aleksey Navalnının Permdəki qərargahının keçmiş rəhbəri Sergey Uxov, ukraynalı televiziya jurnalisti Aleksandr Şelest, keçmiş din xadimi Sergey Kirsanov və vəkil Anatoli Fursov da daxil edilib.
 

Ötən gün “Novaya qazeta.Avropa”nın jurnalistlərinə müsahibə verən aktyor Smolyaninov müharibədə iştirak etsə, Ukraynanın tərəfində olacağını bildirib. Bu müsahibədən sonra Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin aktyora qarşı cinayət işinin başlanmasının zəruriliyini açıqlayıb.
 

Aktyor Smolyaninov - Ukraynadakı müharibə haqqında "Qərb nəşrlərindən birinə müsahibə verən Smolyaninov Rusiyaya qarşı yönəlmiş bir sıra bəyanatlar verib"- İstintaq Komitəsinin Telegram-kanalında yazılıb.
 

Bu açıqlamadan sonra Rusiya ictimaiyyətində Smolyaninova qarşı təhqirlər görünməyə başlayıb.
 

Qeyd edək ki, oktyabrda aktyora qarşı RF Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə inzibati iş açılıb.
 

Aktyor bu xəbərləri şərh edərkən, Rusiya qanunlarının onun üçün mövcud olmadığını bildirib. Onun sözlərinə görə, bu insanlar da dövlətin özü kimi mahiyyətcə cinayətkardır və buna görə də bu sözlər nə mənəvi, nə də hüquqi qüvvəyə malikdir.

 

Aysel
 


OXŞAR XƏBƏRLƏR