Müharibə başlayandan Ukraynada nə qədər insan həlak olub? - STATİSTİKA

Müharibə başlayandan Ukraynada nə qədər insan həlak olub? - STATİSTİKA

24 fevral 2022-ci ildən Ukraynada 7 minə yaxın insan həlak olub, 11 mindən çox insan yaralanıb.

 

Sfera.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatlarına istinadən BMT Təhlükəsizlik Şurasının sessiyasında baş katibin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo deyib.


Onun sözlərinə görə, milyonlarla insan evlərini tərk edib. 

 

“Biz Avropada müdafiə axtaran 7,9 milyon insanı qəbul edən ölkələrin səxavətini yüksək qiymətləndiririk. Biz qaçqınların hüquq və xidmətlərinə bərabər çıxışı təmin etmək üçün səy göstərməyə çağırırıq. Ukraynada 65%-i qadın və qızlardan ibarət təxminən 5,91 milyon insan məcburi köçkündür”, - deyə Dikarlo bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR