“Rusiya İŞİD-i dəstəkləyir” – İKİ FAKT

“Rusiya İŞİD-i dəstəkləyir” – İKİ FAKT

 

"Rusiya xüsusi xidmət orqanlarının həqiqətən də İŞİD-in yaranmasına imkan yaratdığını göstərən bir çox siqnallar var”.


Sfera.az xəbər verir ki, bunu Varşava Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Vitold Yuraş Polşanın "Fronda pl” nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Rusiya həbsxanalarından çıxandan sonra Suriyaya gedərək İŞİD-in sıralarına qoşulan xeyli sayda müsəlman var. Ekspert bildirib ki,

 

Rusiya həbsxanalarına düşən şəxslər nadir hallarda elə-belə oranı tərk edirlər.

 

"Bu onu göstərə bilər ki, onlar agentdir”, - Vitold Yuraş bildirib.

 

Onun fikrincə, Moskvanın faktiki olaraq İŞİD-i dəstəklədiyini göstərən növbəti fakt Suriyada Rusiya aviasiyasının bombardmanlarıdır: "Əslində, İŞİD heç vaxt rusiyalıların hədəfi olmayıb. Onlar ilk növbədə Bəşər Əsəd rejiminin bütün rəqiblərini ardıcıllıqla məhv edirlər”.

 

Mərkəzin rəhbəri hesab edir ki, Suriya müharibəsinin nəticəsi olan miqrasiya böhranı da Rusiya üçün əlverişlidir.

 
 
Publika.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR