Əfsanəvi müğənninin yeganə övladı VƏFAT ETDİ - FOTO

Əfsanəvi müğənninin yeganə övladı VƏFAT ETDİ - FOTO

Əfsanəvi müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.

 

Sfera.az bildirir ki, ölüm xəbərini Lizanın anası Priskilla Presli yayıb.

 

O, “Gözəl qızım Liza Marinin vəfat etməsi ilə bağlı sarsıdıcı xəbəri kədərlə bölüşməliyəm. O, tanıdığım ən güclü və sevgi dolu qadın idi", - deyə qeyd edib.

 

Məlumata görə, Liza Mari cümə axşamı səhər tezdən xəstəxanaya yerləşdirilib. Lakin o, Kaliforniya ştatının Calabasas şəhərindəki evində tapılıb. ABŞ mediası 54 yaşlı Preslinin infarkt keçirdiyini yazıb.

 

Qeyd edək ki, 1968-ci ildə anadan olan Liza Mari atasının yolunu davam etdirib. Onun 2003-cü ildə çıxan debüt albomu yüz minlərlə tirajla satılıb və müsbət rəylər alıb. Liza həmçinin, müğənni Maykl Cekson, aktyor Nikolas Keyc,  musiqiçilər Denni Kof və Maykl Lokvudla evliliyi ilə tanınıb. Elvis Presli 1977-ci ildə infarktdan öləndə Liza Mari 9 yaşında olub.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...