“Qalatasaray”ın sabiq futbolçusu ölüm ayağında
19:30 / 03.10.2016
2243
Kamerun yığmasının və "Qalatasaray"ın keçmiş üzvü Riqober Sonq insult keçirib.
Sfera.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən futbolçunun durumunun olduqca ağır olduğu bildirilir. Onun həyatı təhlükədədir. Sonqu xilas etmək üçün süni komaya salıblar.
Yaxınları onu Fransaya gətirmək niyyətindədirlər. Onlar hesab edirlər ki, Sonqun Fransada sağ qalmaq şansı daha yüksəkdir.
Həkimlər komada olan Sonqun bu yolçuluğa qüvvəsinin çatacağını düşünürlər.
Publika.az //
Sfera.az