Bu tarixi şəxslərin real həyatda necə göründüklərinə inanmayacaqsınız - FOTOLAR

Fotoqrafiyanın olmadığı dövrdə yaşamış məşhur insanların necə göründüyü ilə maraqlanan bəzi alim və sənət adamları onları diriltməyə çalışb. Alimlər Günümüzün inkişaf edən texnologiyaları və kəllə sümükləri, mumiyalar və qalan bəzi sənədlər əsasında onların necə göründüklərini açıqlayıb.
Nəticələr isə hər kəsi sözün əsl mənasında şoka salıb. Əsrlər boyu gözəlliyi dillərə dastan olmuş Kleopatradan, yaraşıqlı olduğu bilinən bəzi sərkərdələrə qədər onların real görüntüsü əslində tamamilə fərqli imiş. Gəlin bu tarixi şəxsiyyətlərin əslində necə göründüyünə nəzər salaq.
Sfera.az bu tarixi şəxsiyyətlərin bir qismini sizə təqdim edir.
Meritamun
Ölümün səbəbi bilinmir, çünki Meritamun mumiyasının 2000 il əvvəl sağ qalan yeganə bədən hissəsi kəllə sümüyü olub. Firon Ramzesin həyat yoldaşlarından biri olan Meritamun öldüyü zaman 18-28 yaşlarında olduğu və dişlərində çürüklər olduğu üçün şirniyyatı çox sevdiyi təxmin edilir. Tədqiqatçılar mumiyanın üzünü yaratmaq üçün kompüter tomoqrafiyası, 3D çap texnologiyasından istifadə ediblər.
Qadın əslində çox gözəl imiş.
Kleopatra
Tarix mənbələrində adı çəkilən orijinal Kleopatra VII Kleopatra olub. Sələfləri məlum olmadığı üçün Kleopatra kimi tanınan isə başqa Kleopatra olub. Bir neçə dil bilən və savadlı qadın olan Kleopatra 18 yaşında atası vəfat edəndə taxta çıxır. Onun 8 yaşlı kiçik qardaşından daha dominant xarakter olduğu məlumdur. Bundan əlavə, ekzotik gözəlliyə malik olan Kleopatranın cazibədarlıqda da istedadlı olduğu bildirilir. Dövrünün liderləri ilə romantik əlaqələr və ittifaqlar quran, gözəlliyi ilə əfsanəvi olan, heykəllərindən və portretlərindən ilham alınan Kleopatranın 3D portretini görəndə şoka düşə bilərsiniz.
Bəlkə də, o dövrdə gözəllik anlayışı fərqli olub…
İmperator Neron
İmperator Neron, Xulio Kladian sülaləsi dövründə 17 yaşında Roma İmperatoru titulunu alıb və hakimiyyətinin beşinci ilində anasının ölümünü əmr edib. Təsviri sənətə, idmana və musiqiyə önəm verən Neronun tənqidçiləri bunların imperiya üçün zərərli olduğunu müdafiə edirdilər. Onun Roma yanarkən lira çaldığı deyilsə də, Romanın yandığı xəbərini alan kimi Romaya getdiyi və yanğınsöndürmə işlərinə başladığı iddia edilirdi. Vergiləri artırdığı üçün orta və yuxarı təbəqənin nifrət etdiyi və çevrilişlə devrilən Neron məmurunun köməyi ilə intihar edib. İspan rəssamları; Roma imperatorunun təsvirlərindən, büstlərindən və rəsmlərindən istifadə edərək Neronun real obrazını yaratmağa çalışmışdır. Çənə sümüyündən tutmuş gülüşünə qədər onun bütün xüsusiyyətlərini dəqiqliklə çəkə biliblər.
Yuli Sezar
Roma İmperiyasının qüdrətlənməsinə kömək edən, Roma İmperiyasının son diktatoru və siyasi lideri olan Yuli Sezar həm də yaxşı natiq və yazıçı kimi tanınır. Dünyanın ən nüfuzlu adamlarından biri olan Sezarın 3D texnologiyasından istifadə edilməklə yaradılmış realist büstü Leydendəki Milli Antik Əsərlər Muzeyində saxlanılır.
Nikolay Kopernik
İntibah dövrünün ən parlaq astronom və riyaziyyatçılarından biri olan Kopernik, məşhur inancın əksinə olaraq, kainatın mərkəzinin Yer olmadığını müdafiə edərək, bu gün məlum olan heliosentrik günəş modelini ortaya qoyub. Polşa məhkəmə-tibb qrupu tapılan qalıqlardan Kopernikin üzünü bərpa etməyə çalışıb və nəticə kifayət qədər uğurlu olub.
İohan Sebastyan Bax
Alman bəstəkarı və musiqi dahisi olan İohan Sebastyan Bax tarixin ən böyük bəstəkarlarından biri hesab olunur. Baxın adı açıqlanmayan məzarı onun bir əsr yarım sonra dəfn olunduğu kilsənin təmiri zamanı tapılır. Antropoloq Caroline Wilkinson Baxın necə göründüyünü onun üz sümüklərinin ölçülərini alaraq və 3D təsviri yaradaraq təqdim edib.
Uilyam Şekspir
Dünya şöhrətli ingilis dramaturqu, şairi və aktyoru Şekspir- Tarixçilər və alimlər arasında həmişə mübahisə mövzusu olub. Bununla belə, Martin Droeshout qravürasının müəllifin ən dəqiq təsviri olduğuna dair razılığa gəliblər. O dövrlərdə ölülərin üzünə gips və ya mum tökülərək ölüm maskaları hazırlanırdı. 1975-ci ildə Hildegard Hammerschmidt Hummel Londonda Şekspirin ölüm maskasını kəşf edib. 2010-cu ildə Dr. Caroline Wilkinson bu ölüm maskasından istifadə edərək Şekspirin 3D şəklini yaradib. Onun bütün başı olmasa da, ortaya çıxan görüntünün bir çox obrazlara bənzədiyi deyilir.
Dante Alighieri
“İlahi komediya”nın müəllifi Dante Alighieri İtaliyanın ən nüfuzlu şairlərindən biri hesab olunur. Çoxlu portretləri olan Dantenin necə göründüyü ilə bağlı hamı eyni fikirdədir. Kəllə ölçüləri və portretlərdən istifadə edərək obrazı yaradılan Dantenin araşdırmalar nəticəsində iri gözləri, yuvarlaq çənəsi və həlim üz ifadəsi ortaya çıxıb.
Volfqanq Amadey Motsart
Klassik qərb musiqisinin ən önəmli və ən məşhur bəstəkarı olan Motsart 5 yaşında skripka və piano dahisi olub və bu yaşda bəstəkarlığa başlayıb. 35 illik qısa ömründə 600-dən çox əsər bəstələmiş Motsartın üzü Pyer-Fransua Puech tərəfindən qorunub saxlanılan kəllə əsasında yenidən qurulmuşdur. Onun hündür yanaq sümükləri, mavi gözləri, qısa başı və ağ saçları olub.
Maximilien Robespierre
Fransa İnqilabının aparıcı simalarından olan hüquqşünas və siyasətçi Maksimilien Robespierre- daim köləliyin, ümumi seçki hüququnun və demokratiyanın tərəfdarı olub. O, iğtişaşlardan sonra taxtdan endirilib və edam edilib. 2013-cü ildə Philippe Froesch və Philippe Charlier onun üzünün şəklini yaratmağa nail olublar. Bunun üçün sənət əsərləri ilə yanaşı iki ölüm maskasından da istifadə edərək uğurlu təsvir yaradılıb.
Xanım
Sfera.az