Serdar Ortaç səhhətindən danışdı: "Sol ayağım tamamilə getdi"

Serdar Ortaç səhhətindən danışdı:

Məşhur müğənni Serdar Ortaç TRT1 ekranlarında Alişanın "Alişanla həyata gülümsə" verilişinin qonağı olub. MS xəstəsi olan Ortaç səhhəti ilə bağlı kədərləndirici açıqlamalar verib.


Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Sol ayağım tamamilə getdi" deyən Serdar Ortaç ayağını qaldırmaqda çətinlik çəkdiyini bildirib.


Serdar Ortaçın həkimi Prof. Dr. Ayşe Sağduyu Kocaman da canlı yayıma qoşulub. Ortaç həkimindən "Bu xəstəlik nə vaxtsa keçəcəkmi?" – deyə soruşub.
 

Həkim bildirib ki, xəstəlik keçmir, lakin “dərmanlarından düzgün istifadə etdikcə xəstəlik nəzarət altındadır”.
 

Serdar Ortaçın "Mən də sizin kimi gəzib qaçmaq istərdim" sözləri Alişanı təsirləndirib.
 

BƏS MS XƏSTƏLİYİ NƏDİR?


MS (Dağınıq skleroz) insanın immun sistemindəki pozğunluq nəticəsində beyin və onurğa sistemində çoxlu sayda hasarlar əmələ gələn xəstəlikdir. Gənc yaşlarda görülə bilən MS xəstəliyindən dünyada təxminən 3 milyon insan əziyyət çəkor. MS xəstəliyi ataklar nəticəsində inkişaf edir və yalnız müvafiq müalicə və müntəzəm izləmə ilə nəzarət altında saxlanıla bilər. Dağınıq skleroz adətən 20-40 yaş arası insanlarda müşahidə olunur.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...