Milyarder qızını “Dior” markasının rəhbəri təyin etdi

Milyarder qızını “Dior” markasının rəhbəri təyin etdi

Ötəm gün milyarder Bernard Arnaud qızı Delfinanı “Dior”un baş direktoru və Direktorlar Şurasının sədri elan edib.
 

Sfera.az bildirir ki, milyarderin qızı hal-hazırda “Louis Vuitton”un icraçı vitse-prezidenti vəzifəsini icra edir. O, fevralın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.
 

"Delfinanınrəhbərliyi altında “Louis Vuitton” məhsulları daha arzuolunan hala gəlib və bu, brendə müntəzəm olaraq yeni satış rekordları vurmağa imkan verib. Onun dərin anlayışı və misilsiz təcrübəsi “Christian Dior”un gələcək inkişafında həlledici rol oynayacaq"-deyə Bernard Arnault bildirib.
 

Xatırladaq ki, fransız iş adamının 47 yaşlı qızı London İqtisadiyyat Məktəbində təhsil alıb. O, ailə biznesinə 2000-ci ildə “McKinsey” konsaltinq firmasında iki il işlədikdən sonra başlayıb.
 

2003-cü ildə “LVMH”nin idarə heyətinə qatılaraq ilk qadın və ən gənc üzv olub.


Xatırladaq ki, Bernard Arnault bir müddət öncə Milanın mərkəzində əvvəllər Leonardo da Vinçiyə məxsus olan “Casa Degli Atellani” mülkünü almaqla gündəmə gəlib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...