Sülhməramlıların 24 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların 24 maşını aksiya ərazisindən keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Sfera.az  Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 1 minik, 6 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.


OXŞAR XƏBƏRLƏR