Bakı-Quba yolunda təhlükə - "Beşbarmaq" dağındakı... + VİDEO

Bakı-Quba yolunda təhlükə -

Ötən gün Bakı-Quba yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

 

Bildirilir ki, yolun "Beşbarmaq" dağına yaxın hissəsində, külək nəticəsində qar yolu örtüb və ərazi nəqliyyatın hərəkəti üçün keçilməz hala gəlib. 

 

Şikayətçi iddia edir ki, rəsmi qurumlar tərəfindən yolun təmizlənməsi və ərazidə hərəkətin bərpası üçün heç bir iş aparılmayıb. 

 

Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavab olaraq bildirdi ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Ötən gecə güclü külək nəticəsində yol kənarından, dağlıq ərazidən qar yığılıb:

 

"Bu da nəqliyyatın hərəkətində çətinlik yaradıb. Bununla bağlı aidiyyatı üzrə məlumat verilib və əraziyə xüsusi təyinatlı texnikalar çıxarıldı. Yolun qardan təmizlənməsi nəticəsində nəqliyyatın hərəkəti bərpa olundu. Hal-hazırda həmin istiqamətdə hər hansı bir problem yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa edilib".  

 


OXŞAR XƏBƏRLƏR