“Rusiyanın Ermənistandakı mövcudluğu..." - Zaxarovadan İrəvana SƏRT REAKSİYA

“Rusiyanın Ermənistandakı mövcudluğu...

“Rusiyanın Ermənistandakı mövcudluğu İrəvanı təhdid etmir”.

 

Sfera.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Rusiya və Ermənistan xalqlarını möhkəm dostluq telləri bağlayır, onların kökləri tarixin dərinliklərindədir. Biz həm ikitərəfli münasibətləri, həm də ümumi inteqrasiya birliklərində - KTMT, Aİİ, MDB-də qarşılıqlı fəaliyyəti hərtərəfli gücləndirməkdə qərarlıyıq", - XİN rəsmisi söyləyib.

 

Departamentin mətbuat katibi həmçinin İrəvanın Moskvaya qarşı ittihamlarını absurd adlandırıb.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan hakimiyyəti Rusiyanın ölkə üçün təhlükəsizlik təhdidləri yaratdığını bildirmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR