Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcək? – RƏQƏMLƏR

Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcək? – RƏQƏMLƏR

Minimum əməkhaqqının artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icbari sosial ödənişlərində artıma səbəb olacaq. 


Sfera.az xəbər verir ki, bunun səbəbi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ödədiyi sosial haqların məbləğinin minimum əməkhaqqına bağlı olmasıdır. 


Son illərdə minimum əməkhaqqının davamlı artırılması sahibkarların sözügedən xərclərində ciddi artım ilə nəticələnib. Millət vəkili, iqtisadçı Vüqar Bayramov hesab edir ki, minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq, sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.

 

Onun fikrincə, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur:

 

“Bu, nəticədə minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.


Millət vəkili bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini açıqlayıb:

 

“Bakı şəhəri üzrə: 


- tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 172,5 manat;
- digər sahələrdə çalışan sahibkarlar- 86,25 manat;


Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:


- tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 155,25 manat;
- digər sahələrdə çalışan sahibkarlar - 77,62 manat;


Digər şəhərlərdə çalışanlar üçün:


- tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138 manat;
- digər sahələrdə çalışan sahibkalar - 69 manat;


Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: 


- tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 103,5 manat;
- digər sahələrdə çalışan sahibkarlar - 51,75 manat;


Kənd yerlərində: 


- tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 86,25;
- digər sahələrdə çalışan sahibkarlar - 43,12 manat;


Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqlarında da dəyişikliklər olacaq. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətə görə, 17,25 manat, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyətə görə, 17,25 manat, çəkməçi, pinəçi fəaliyyətinə görə, 10,35 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirinə görə, 10,35 manat vergi müəyyən edilib.  


Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)  10,35 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyətinə görə, 10,35 manat, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 10,35 manat, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10,35 manat vergi ödəməlidir”. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR