Jurnalistlərə ofis şəraitində yeni təlimlər keçiriləcək - AÇIQLAMA

Jurnalistlərə ofis şəraitində yeni təlimlər keçiriləcək - AÇIQLAMA

Bu ildən etibarən jurnalistlərə iş yerindən ayrılmadan onlayn təlimlər keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Bu, vaxt baxımından səmərəli ola bilər. Bu onlayn elektron platformada çalışacağıq ki, video şəklində təlimlər hazırlansın və jurnalistlər bilik bacarıqları öyrənərək elektron sertifikata malik ola bilsinlər", - Ə.İsmayılov vurğulayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR