Cənubi Koreya: "Nüvə silahımızı yaradacağıq"

Cənubi Koreya: 

Cənubi Koreya Prezidenti Yun Seok Yeol etiraf edib ki, KXDR-in təxribatları ilə bağlı vəziyyət pisləşərsə, ölkə ABŞ-ın nüvə silahına sahib ola bilər və ya özünün nüvə silahını yarada bilər. 

 

Sfera.az-ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib ki, silahlar yerli texnologiyalar əsasında yaradıla bilər, lakin hazırda ən real variant ABŞ-ın nüvə arsenalının fəaliyyətidir. Prezident həmçinin Şimali Koreyadan gələn nüvə təhlükəsinin qarşısını almaq üçün sistemin hazırlanmasının vacibliyini vurğulayıb.

 

Cənubi Koreya liderinin bəyanatını şərh edən administrasiya isə Yun Seok Yeolun nüvə silahının yerləşdirilməsi ilə bağlı qəbul edilən qərarlardan deyil, yalnız hipotetik ehtimaldan danışdığını bildirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bir müddət əvvəl bildirib ki, tərəflər hələ ABŞ nüvə qüvvələrinin birgə təlimlərə cəlb olunması imkanını müzakirə etmirlər.

 

İnci


OXŞAR XƏBƏRLƏR