Qərbdən Rusiyanın neft sənayesinə YENİ SANKSİYALAR

Qərbdən Rusiyanın neft sənayesinə YENİ SANKSİYALAR

ABŞ rəsmiləri müttəfiqləri ilə Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaları müzakirə edirlər.


Sfera.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb. 


Qəzetin yazdığına görə, söhbət fevralın 5-də tətbiqi nəzərdə tutulan neft məhsullarının qiymətlərinin məhdudlaşdırılmasından gedir.

 

“The Wall Street Journal” iddia edir ki, ABŞ Maliyyə Nazirliyi bu həftə Avropadakı həmkarları ilə görüşlər keçirməyə başlayıb:

 

“İki qiymət tavanının tətbiqi gözlənilir. Yüksək dəyərli mallar (məsələn, dizel yanacağı) və aşağı qiymətli mallar (məsələn, mazut) üçün ayrıca qiymət tavanları olacaq. G7 ölkələrinin neft məhsulları üçün iki qiymət tavanı tətbiq edə bilməsi faktı daha əvvəl “Reuters” tərəfindən bildirilmişdi. Dekabr ayında G7, Avropa Birliyi və Avstraliya Rusiya neftinin barrelinə 60 dollar qiymət həddi tətbiq etdi”.


Qeyd edək ki, bu cür sanksiyalar Rusiyanın neft və qaz sektorundan əldə edilən gəlirlərini azaldır. Helsinki Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, neftə qiymət tavanının tətbiqi Rusiyanı gündəlik 160 milyon avro (172 milyon dollar) ziyana salır. Bir il ərzində zərər 60 milyard dolları ötəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR