ABŞ rəsmisindən HƏYƏCAN TƏBİLİ: “Ukrayna savaşı..."

ABŞ rəsmisindən HƏYƏCAN TƏBİLİ: “Ukrayna savaşı...

“Ukraynaya silah tədarükünün davam etdirilməsi ABŞ üçün problemə çevriləcək”.

 

Sfera.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro deyib.

 

O, fikirlərini bu cür ifadə edib:

 

"Əgər münaqişə daha altı aydan bir ilə qədər davam edərsə, əlbəttə ki, bu, tədarük zəncirini çətinləşdirəcək. ABŞ Müdafiə Nazirliyi hazırda ABŞ hərbi-sənaye kompleksi ilə sıx əməkdaşlıq edir, ondan istehsal həcmini genişləndirməyə və bu yolda maneələri aradan qaldırmağa çalışır.  Pentaqonun rəhbərliyinin iki nümayəndəsi eyni vaxtda bununla bağlı problemləri həll edir - müdafiə nazirinin birinci müavini Ketlin Hiks, nazirliyin satınalma və logistika üzrə müşaviri Bill LaPlante.  Onlar indi müəyyən irəliləyiş əldə etməyə başlayırlar".

 

Karlos del Toronun fikrincə, Amerika hərbi-sənaye kompleksi insan resurslarının inkişafına, əsas fondlara investisiya qoymalıdır.

 

“Bu qərarlar şirkətlərin öz daxilində istehsalın sürətini artırmaq üçün qəbul edilməlidir. Bu baş verdikdə, biz daha yaxşı vəziyyətdə olacağıq”, - Hərbi Dəniz Qüvvələrinin katibi əlavə edib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR