Həbsxana işçisi məhkumla münasibət yaşadı, həbs olundu - TƏFƏRRÜAT

Həbsxana işçisi məhkumla münasibət yaşadı, həbs olundu - TƏFƏRRÜAT

Britaniyada həbsxana işçisi məhkumla münasibət yaşadığı üçün həbs olunub.

 

Sfera.az "Daily Mail"ə istinadən xəbər verir ki, Uelsin Bridgend şəhərindəki həbsxananın keçmiş tibb bacısı Elise Hibbs 2019-cu ildə narkotik ticarətinə görə beş il həbs cəzasına məhkum edilmiş məhbus Harri Pullenlə münasibət yaşayıb.

 

Daha sonra cinayətkar müəssisənin əməkdaşları ilə münasibətdə olması şübhəsi ilə başqa həbsxanaya köçürülüb. Pullen üçüncü həbsxanaya aparılarkən müayinə zamanı onun düz bağırsağında mobil telefon tapılıb. Məhkum buna görə əlavə həbs cəzası alıb.

 

İstintaq zamanı məlum olub ki, Pullen məhbusla həbsxanada ona tibbi yardım göstərərkən tanış olub, sonra isə sosial şəbəkədə onunla əlaqə saxlayıb. 

 

Hibbs 2021-ci ilin iyulunda istefa verib, lakin bir həftə sonra həbs olunub və bir məhbusla mesajlaşdığını etiraf edib. Keçmiş həbsxana zabiti 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qadın iddia edib ki, onunla cinayəti törədən şəxs arasında heç vaxt cinsi əlaqə olmayıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR