Şahzadə Harridən sensassiyalı açıqlama: "Orqan donorluğu üçün doğulmuşam"

Şahzadə Harridən sensassiyalı açıqlama:

Şahzadə Harri "Spare" (Ehtiyat) adlı xatirələrində kral ailəsi haqqında kifayət qədər sensassiyalı açıqlamalar qeyd edib. Lakin günü-gündən artan qalmaqallar fonunda, Şahzadə sanki həqiqətən də Taliban liderlərinin dediyi kimi diqqət mərkəzində qalmağı hədəfləyib.
 

Sfera.az bildirir ki, kitabın yeni mediaya sızmış fəsillərində Şahzadə Harri indiyə qədər yazdıqlarının ən mübahisəlisinə imza atıb.
 

Belə ki, o yalnız Şahzadə Uilyama orqan donoru olmaq üçün doğulduğunu iddia edilib.


O, 40 yaşlı qardaşı və taxt-tacın hazırkı varisi Uilyam haqqında: "Mən kölgə, dayaq, B planı idim. Villiyə bir şey olarsa deyə doğulmuşam"-yazıb.
 

Harrinin sözlərinə görə onun vəzifəsi qardaşını sığortalamaq və ya “ehtiyac yarandıqda onu ehtiyat hissə ilə təmin etmək” olub.


"Böyrəklər, bəlkə də qan vermə. Bir parça sümük iliyi də ola bilər”-deyə o qeyd edib.
 

Şahzadə xatirələrində kral ailəsində çoxdan məlum olan bir ənənəni də açıqlayır: birinci və ikinci dərəcəli taxtın varisləri heç vaxt eyni reyslə uçmurlar (bir reysdə nəsə olacağı təqdirdə, ikinciyə bir şey olmasın).
 

"Amma mənim kiminlə səyahət etdiyim heç kəsin vecinə deyildi. Ehtiyatı həmişə əsirgəmək olmaz. Bütün bunlar mənə həyatımın əvvəlindən aydın şəkildə izah edildi və bundan sonra da müntəzəm olaraq güclənmişəm"- o, ailədəki şübhəli mövqeyi haqqında belə deyib.
 

Harri şikayət edir ki, "varis" və "ehtiyat" sözləri təkcə mətbuatda deyildiyi kimi deyil. Bu həm də anası, mərhum şahzadə Diana, hətta nənəsi, mərhum Kraliça Elizabeth də daxil olmaqla, kral ailəsi tərəfindən stenoqram kimi istifadə edilmişdir. Xüsusən də Harri şahzadə Çarlzın onun doğumunu zarafatla qarşıladığını xatırlayır:
 

“Möhtəşəm! İndi siz mənə Varis və Əvəz verdiniz - işim bitdi”.
 

Ailədəki ikinci yerə görə inciklik mövqeyi sərgiləməsinə baxmayaraq, hersoq bu vəziyyətdən rahat olduğunu iddia etməyə davam edir:


"Mən incimədim, heç nə hiss etmədim. Hər oğlan və qız ən azı bir dəfə özünü şahzadə təsəvvür edir. Ona görə də Ehtiyat ya da Ehtiyatsız olmaq o qədər də pis deyildi".

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR