Kabildə partlayış - Kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd etdi

Kabildə partlayış - Kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd etdi

Bu gün Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında güclü partlayış olub.
 

Sfera.az bildirir ki, bu barədə yerli “Kabul News” nəşri yazıb.
 

Partlayışı Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran da təsdiqləyib.
 

"Bu gün saat 4 radələrində Xarici İşlər Nazirliyinin yaxınlığındakı yolda partlayış baş verib və nəticədə təəssüf ki, insan tələfatı olub. Təhlükəsizlik qrupları hadisə yerinə gəlib, hadisənin təfərrüatları daha sonra açıqlanacaq"-deyə o, sosial şəbəkələrdə bildirib.


Açıklama yok.

Jurnalistlərin məlumatına görə, partlayış ölkədə hakimiyyətdə olan Taliban hərəkatının Çinin rəsmi nümayəndə heyəti ilə Xarici İşlər Nazirliyinin binasında görüşü zamanı baş verib.


Bəzi məlumatlara görə, ən azı üç partlayış olub. Yerli sakinlər əvvəlcə küçələrdə atəş səsləri eşidiblər. Nazirliyin girişindəki ön darvaza partlayış dalğası nəticəsində qopub.

Əvvəlcə yerli jurnalistlər partlayış nəticəsində 3 nəfərin öldüyü barədə məlumat yaysalar da, daha sonra TASS xəbər agentliyi Əl-Cəzirə telekanalına istinadən 7 nəfərin öldüyünü yazıb. İlkin məlumata görə, on nəfər yaralanıb.
 

Qeyd edildiyi kimi, kamikadze binaya girməyə cəhd edib. Lakin hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.


Xatırladaq ki, Taliban silahlı birləşmələri 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Taliban keçmiş prezident Əşrəf Qanini ölkədən qaçmağa məcbur edib.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR