90-ların gəncləri çox sevinəcək - Eminem və 50 Cent serial üzərində işləyirlər

90-ların gəncləri çox sevinəcək - Eminem və 50 Cent serial üzərində işləyirlər

“Big Boy TV”yə verdiyi müsahibədə 50 Cent 8 “Mile”ni televiziyada yayımlamaq niyyətində olduğunu söyləyib. O, öz yaradıcılığını Eminemin irsi ilə əlaqələndirmək istəyir.
 

Sfera.az bildirir ki, “8 Mile” Eminemin tərcümeyi-halının elementləri olan ağ dərili reper haqqında filmdir. Bir vaxtlar kaset böyük uğur qazanıb və Eminem 2003-cü ildə ən yaxşı mahnı nominasiyası üzrə Oskar alıb.


İndi isə 90-ların misilsiz şöhrət qazanmış Eminem və 50 Cent birlikdə “8 mil” serialı üzərində işləməyə başlayıb.
 

Əsl adı Curtis Jackson olan 50 Cent serialın “pərdə arxası”ndan bəhs edəcəyini və baş qəhrəmanın gənclik illərini nümayiş etdirəcəyini bildirib.


Xatırladaq ki, “8 Mile” 2002-ci ildə rejissor Kertis Hanson tərəfindən buraxılıb. Filmdə Eminem öz həyatından və şöhrət qazanmasından bəhs edən hekayədə rol alıb.

 

Eminem, B-Rabbit səhnə adından istifadə edən ağ reper Cimmi və onun hip-hop karyerasının başlanğıcına gedən yolu canlandırır. Filmdə həmçinin Kim Basinger, Brittany Murphy, Mekhi Phifer və başqaları çəkilib.

 

Qeyd edək ki, Eminem "Lose Yourself" mahnısına görə "Ən yaxşı orijinal mahnı" nominasiyasında Oskar qazanıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR