Nazirlik bu məktəblərin sayını açıqladı

Təhsil
19:02 / 11.01.2023
22001
2022-ci ildə ümumilikdə 1107 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib.
Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, ötən təqvim ili ərzində 769 məktəb (682-si cari, 87-si əsaslı) cari və ya əsaslı təmir olunub.
Respublika üzrə 262 məktəbin sanitar qovşağı yenilənib və ya təmir edilib, 76 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.
Həmçinin, 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib.